Xəbərlər
Azərbaycan “İkinci turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı” beynəlxalq turizm sərgisində təmsil olunur
Birləşmiş Ərəb Əmirliklərinin Şarja Əmirliyində Ticarətin İnkişafı üzrə İslam Mərkəzi və Şarja Ekspo Mərkəzinin təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “İkinci turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı” beynəlxalq turizm sərgisi keçirilir.
İslam ölkələri arasında Azərbaycanın turizm potensialının təbliğ olunması, eləcə də İƏT çərçivəsində əməkdaşlığın əhəmiyyətini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Yaxın Şərq və Körfəz ölkələri üzrə təbliğatını həyata keçirən “Atlantis Holiday” şirkəti ölkəmizi qeyd olunan sərgidə təmsil edirlər.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, sərgi zamanı Azərbaycan stendində ziyarətçilərə və iştirakçılara ölkəmizin turizm potensialı barədə geniş məlumat verilib və məlumat xarakterli çap məhsulları paylanılıb.
Sərgi dekabrın 10-dək davam edəcək.