YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Əhmədzadə: Bu il ərzində mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilib

«Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində 2015-ci ildə konkret tədbirlər həyata keçirilmişdir. 2015-ci ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək Cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işləri yerinə yetirmişdir». Bu fikirləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə deyib.

Ə.Əhmədzadə bildirib ki, bu il ərzində mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir. Onun sözlərinə görə, Kür çayı boyunca Sabirabad, Salyan, Neftçala rayonları və Şirvan şəhəri ərazisində təhlükəli döngələrdə 1988 pm uzunluğunda daştökmə yolu ilə sahilbərkitmə işləri aparılmış, Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 56 km məsafəsində möhkəmləndirmə işləri görülmüş, Kür çayının uçmaya meyilli sahillərində 190 km məsafədə qayakəsmə tədbirləri, 4138 kbm həcmində daş-betonitlərlə və 4015 kbm həcmində faşınla sahilbərkitmə işləri yerinə yetirilmişdir.

«Ölkədə kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək və ölkənin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «2015-ci ilin Azərbaycan Respublikasında «Kənd təsərrüfatı ili» elan edilməsi haqqında» 12 yanvar 2015-ci il tarxli Sərəncam imzalanmış, Prezidentin 3 aprel 2015-ci il tarixli Sərancamı ilə «2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı» təsdiq edilmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir. Bu böyük diqqət və qayğıya cavab olaraq, Cəmiyyətin kollektivi mövjud meliorasiya və irriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səylə çalışacaqlar»- deyə, Ə.Əhmədzadə vurğulayıb.