YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstraliyanın Baş naziri terror aktlarında bütün müsəlmanları günahlandırmamağa çağırıb

Avstraliyanın Baş naziri Malkolm Ternbull hökumətdə xələfi olmuş Toni Abbotun “islama daxili inqilab lazımdı” fikri ilə razılaşmadığını bildirib.

Bir müddət əvvəl “Sky News” televiziya kanalına müsahibə verən sabiq Baş nazir T.Abbot demişdi: “Bütün mədəniyyətlər bərabər deyil və vicdanla desək, insan mənliyini və dözümlülüyü yüksək tutan Qərb mədəniyyəti, Tanrı naminə insanların bir-birini qətlə yetirməsinə icazə verən İslam mədəniyyətindən üstündür”.

T.Abbotun qənaətinə görə, müxtəlif ölkələrdə baş vermiş terror aktlarından sonra “cəmiyyət islamın daxilində böyük problemlərin olduğunu inkar edə bilməz”.

Sabiq Baş nazirin fikirlərini şərh etmək barədə “ABS” televiziya kanalının müxbirinin sualını cavablandıran M.Ternbul deyib: ”T.Abbot öz fikirlərinə sahib olmaq hüququna malikdir. Mən onun mövqeyini şərh etmək istəmirəm, lakin bunu mütləq bildirməliyəm ki, heç bir halda biz düşmənlərimizə dəstək verərək, azlığın törətdiyi cinayətlərə görə bütün müsəlmanları təqsirləndirə bilmərik”.

Baş nazir bildirib: “Müsəlmanların əksəriyyəti, bizimlə bərabər ekstremistlər tərəfindən törədilmiş terror aktlarını pisləyirlər”.