Xəbərlər
31 mart Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış faciəli günlərdən biridir
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, 31 Mart soyqırımı qurbanlarının və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, RİH başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Amil Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon bölməsinin baş məsləhətçisi Elmir Xəlilov, Hüsənli ərazi partiya təşkilatının sədri Gülüstan Əhmədova 31 mart tarixinin Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış faciəli günlərdən biri olduğunu bildiriblər.
Qeyd olunub ki, 1918-ci ilin mart-aprel aylarında erməni daşnak qüvvələri tərəfindən Bakı, Şamaxı, Quba, Naxçıvan və digər bölgələrdə on minlərlə dinc azərbaycanlı qətlə yetirilib.
1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tariximizin obyektiv şəkildə təbliği təmin olunub.
