YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Marek Tsalka: Azərbaycan “Cənub” qaz dəhlizinin əsas karbohidrogen mənbəyidir

Azərbaycan “Cənub” qaz dəhlizinin əsas karbohidrogen mənbəyidir.

“Caspian European Club”dan bildirilib ki, bu sözləri Polşanın Azərbaycandakı səfiri Marek Tsalka “Caspian Energy İnternational Media Group”un nümayəndələri ilə keçirdiyi görüşdə səsləndirib.

O deyib: “Polşa Avropa İttifaqının (Aİ) neft və qaz tədarükçülərinin və marşrutların şaxələndirilməsi strategiyasını tamamilə dəstəkləyir. “Cənub” qaz dəhlizi layihəsi də məhz bu amala xidmət edir. “Cənub” qaz dəhlizinin işə salınması qazın Aİ-nin nəqlinin şaxələndirilməsi strategiyasında prioritetlərdən biri olmalıdır. Sözügedən layihə Aİ-nin enerji bazarının bir tədarükçünün hakimliyindən azad olması istiqamətində yönəldilmiş cəhdlərin bir hissəsidir”.

Səfir qeyd edib ki, “Cənub” qaz dəhlizi Avropa İttifaqına qaz idxalı imkanını yalnız Xəzər regionu ilə məhdudlaşmamalıdır. Gərək bu yolu Aİ-yə Yaxın Şərq ölkələrindən və Aralıq dənizinin şərq hissəsindən qaz idxalı üçün necə istifadə etmək barəsində də düşünək. Bundan əlavə, xammal tədarükünün təhlükəsizliyinin məhz Aİ-nin hüquqi prinsiplərinə uyğun şəkildə təmin edilməsi də mütləqdir.

“Azərbaycan “Cənub” qaz dəhlizinin əsas karbohidrogen mənbəyidir. Biz bu məsələdə tam əminlik hiss edir və Avropa bazarına daxil olmaqda Azərbaycanı dəstəkləyirik. Bu prosesdə Azərbaycana hər cür kömək göstərməyə hazırıq”, - deyə Marek Tsalka bildirb.

 

DİGƏR Xəbərlər Arxiv