Xəbərlər
Məlahət İbrahimqızı: Hər iki dövləti və xalqı dərin tarixi köklər bir birinə bağlayır
«Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkiyənin Baş naziri Əhməd Davudoğlunun ölkəmizə səfəri də bu reallığı bir daha təsdiqlədi». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, ölkələr arasında əlaqələr Ümummilli liderimiz Heydər Əliyevin «Bir millət, iki dövlət» kəlamı əsasında inkişaf edir. Onun sözlərinə görə, dövlət və hökumət başçısı səviyyəsində dəfələrlə Türkiyənin Ermənistanla əlaqədar mövqeyinin dəyişməz olduğunun vurğulanması da qardaşlığın nümunəsidir.
«Bu mövqe bir daha ölkələrimizin münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını nümayiş etdirir. Hər iki dövləti və xalqı dərin tarixi köklər bir birinə bağlayır. Ulu öndər Heydər Əliyevin dediyi kimi "biz bir millətin iki dövlətiyik". Azərbaycan ilə Türkiyənin münasibətləri bu prinsip, ideya əsasında davam edir. Şübhəsiz ki, gələcəkdə də belə olacaq»- M.İbrahimqızı vurğulayıb.