YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sığorta-pensiya sistemi iştirakçılarına xidmətin səmərəliliyi daha da artırılır

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin bütün istiqamətləri, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində sığortaedənlərlə (işəgötürənlər, digər hüquqi və fiziki şəxslər), fərdi uçotın həyata keçirilməsi sahəsində sığortaolunanlarla (işləyənlərlə), əmək pensiyası təminatı sahəsində bilavasitə pensiyaçılarla xidməti münasibətlərdə səmərəliliyin daha da artırılması məqsədilə Fondun Aparatında seminar-müşavirələr keçirilir. Seminar-müşavilərdə müzakirələrin əsas predmetləri sığortaedənlərlə, o cümlədən sahibkarlarla işin qanunvericiliyin tələblərinə uyğun qurulması, vətəndaşların qəbulu, müraciətləri və tələblərinə həssaslıqla yanaşılması məsələləridir.

Məlumatı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektoru yayıb.  

Fondun rəhbərliyi və Aparatın aparıcı şöbə müdirlərinin iştirakı ilə keçirilən seminar-müşavirələr ilkin olaraq Fondun departamentləri, Bakı şəhərinin rayon şöbələrinin rəhbər və işçilərinin iştirakı ilə təşkil olunmuşdur. Hazırda bu tədbirlər respublika üzrə Fondun digər şəhər və rayon şöbələrinin əməkdaşları da cəlb edilməklə davam etdirilir.