YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondu sığortaedənlərlə sosial tərəfdaşlıq əlaqələrini daha da genişləndirir

Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində səmərəliliyin artırılması məqsədilə tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində debitor borcları olan sığortaedənlərin səlahiyyətli nümayəndələri  ilə Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi və aidiyyəti struktur bölmələrinin rəhbər işçilərinin ardıcıl görüşləri keçirilib. Həmin görüşlərdə məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının ödənilməsi tədbirlərinin gücləndirilməsi başlıca müzakirə predmeti olub.

Məlumatı  Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektoru yayıb.

Qeyd edək ki, bu cür tədbirlər Dövlət Sosial Müdafiə Fondu orqanlarının fəaliyyətinin çox vacib istiqaməti olan məcburi dövlət sosial sığortası sahəsində informasiya-maarifləndirmə işləri çərçivəsində davamlı olaraq reallaşdırılır. Sosial sığortanın praktiki məsələləri sığortaedənlərin nümayəndələrinin, həm də bilavasitə sığortaolunanların iştirakı ilə bütün bölgələrdə keçirilən «Açıq qapı günləri»-vətəndaş forumlarında  da geniş müzakirə olunur.