Xəbərlər
Qazaxda ağacəkmə aksiyası keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qazax şəhərinin mərkəzində, Heydər Əliyev prospekti boyunca ağacəkmə aksiyası keçirilib.
Aksiyada Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, partiya fəalları, idarə, müəssisə və təşkilatların əməkdaşları, könüllülər iştirak ediblər.
Kampaniya çərçivəsində ərazidə 500 ədəd Eldar şamı əkilib. Eyni zamanda, ağacların əkildiyi yerlərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
