YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Novruz bayramı milli-mənəvi dəyərimizdir”

Martın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının, Mədəniyyət və Uşaq İncəsənət Məktəbi üzrə ərazi partiya təşkilatlarının birgə təşkilatçılığı ilə “Novruz bayramı milli-mənəvi dəyərimizdir” mövzusunda ədəbi-bədii tədbir keçirilib.

Zərdab Uşaq İncəsənət Məktəbində təşkil olunan tədbirdən öncə Novruzun gəlişini və milli adət-ənənələrimizi əks etdirən rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev bildirib ki, Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin və qədim ənənələrinin bariz nümunəsidir. O qeyd edib ki, Novruz təbiətin oyanışını, baharın gəlişini simvolizə etməklə yanaşı, xalqımızın birlik və həmrəyliyini daha da möhkəmləndirir.

İlkin Əliyev vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra ölkəmizdə milli bayramlarımız, xüsusilə Novruz bayramı daha böyük sevinc və qürur hissi ilə qeyd olunur. Bildirilib ki, xalqımızın uzun illər həsrətində olduğu Qarabağ və Şərqi Zəngəzurda Novruz tonqallarının alovlanması milli-mənəvi dəyərlərimizə sadiqliyin, eyni zamanda əldə olunan tarixi Qələbənin və ölkəmizin ərazi bütövlüyünün bərpasının parlaq təzahürüdür.

Tədbirdə çıxış edən şəhid mayor Rəhim Hüseynovun atası Qədir Hüseynov, Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova və Uşaq İncəsənət Məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Leyla Hüseynova Azərbaycan xalqının tarix boyu milli-mənəvi dəyərlərinə sadiq qaldığını vurğulayaraq bildiriblər ki, Novruz bayramı xalqımızın tarixini, mədəniyyətini və milli ruhunu yaşadan, eyni zamanda bu dəyərləri gələcək nəsillərə ötürən mühüm mənəvi körpüdür.

Tədbirin bədii hissəsində Novruz bayramının sevilən və ənənəvi rəmzləri olan Kosa və Keçəl səhnəyə çıxaraq özünəməxsus yumor və şən əhval-ruhiyyə ilə iştirakçıları bayram münasibətilə təbrik ediblər.

Daha sonra Mədəniyyət Mərkəzi və Uşaq İncəsənət Məktəbi kollektivlərinin ifasında rəngarəng musiqi nömrələri səsləndirilib, müxtəlif musiqi alətlərində solo ifalar, milli və müasir üslubda hazırlanmış rəqs nömrələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv