YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Türkiyənin Baş nazirinin səfəri ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi baxımından vacib səfərdir

«Azərbaycan-Türkiyə dost və qardaş dövlətlərdir. Türkiyənin baş naziri Əhməd Davudoğlunun ölkəmizə səfəri də bu qardaşlığın göstəricisidir». Bu fikirləri Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Türkiyə ilə Azərbaycan bu gün regionda əsas söz sahibi olan dövlətlərdir. Onun sözlərinə görə, hər iki dövlətin həyata keçirdiyi qlobal layihələr Avropa üçün böyük əhəmiyyət kəsb edir.

«Xüsusilə, həyata keçirilən enerji layihələri böyük önəm daşıyır. Bundan əlavə, hər iki ölkə bütövlükdə türkdilli dövlətlərin birliyinin daha da gücləndirilməsi üçün mühüm təşəbbüslərlə çıxış edirlər. Hesab edirəm ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlunun səfəri ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi baxımından vacib səfərdir»- deyə, N.Cəfərov vurğulayıb.