Xəbərlər
Goranboyda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirib.
Tədbirdə, çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev və Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyevanın çıxışlarında qadınların cəmiyyətdəki roluna toxunulub. Bildirilib ki, Azərbaycanda qadın siyasəti dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş gender bərabərliyi prinsiplərinə əsaslanan dövlət siyasəti nəticəsində Azərbaycan qadınları ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində fəal iştirak edirlər.
Diqqətə çatdırılın ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gender siyasətinə ayırdığı diqqət Azərbaycan qadınının cəmiyyətdə yerini və nüfuzunu artırıb. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, cəmiyyətin bütün sahələrində lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaradılıb. Vurğulanıb ki, bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını eyni zamanda fəal ictimai xadimdir.
Sonda rayonun və partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup qadına hədiyyə və fəxri fərmanlar təqdim olunub.
