Xəbərlər
Azərbaycan-Malta münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparılıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Belqradda maltalı həmkarı Corc Vella ilə görüşündə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iqtisadiyyat, enerji və turizm sahələrində əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib. İkitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının inkişafı və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Həmçinin ADA Universiteti ilə Maltanın Diplomatik Akademiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub.