YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Quba rayonunda şəhid ailələri üçün iftar süfrəsi açılıb

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı şəhid ailələri üçün iftar süfrəsi təşkil edib.

Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, şəhid ailə üzvləri, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının əməkdaşları iştirak edib.

Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bildirilib ki, müqəddəs Ramazan ayının mənəvi dəyərlərini əks etdirən belə xeyirxah tədbirlərin keçirilməsi cəmiyyətimizdə həmrəyliyin və birlik ruhunun daha da güclənməsinə xidmət edir. Şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin apardığı sosial siyasətin əsas istiqamətlərindən biri olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunmasının da bariz nümunəsidir.

Çıxış edənlər qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarını və şəhidlərin ailə üzvlərini təbrik edib, onlara ən xoş arzularını bildiriblər. Tarixin bütün dövrlərində Azərbaycan qadınının ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçildiyini, zərifliyin, nəcibliyin, gözəlliyin rəmzi olduğunu söyləyiblər.

Daha sonra şəhid analarına və onların ailə üzvlərinə şəhidlərin adına hazırlanmış döş nişanları, gül dəstələri təqdim olunub.

Tədbirdə çıxış edən şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidneti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv