Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.
Görüşdə Azərbaycan ilə Rusiyanın bütün sahələrdə, o cümlədən humanitar sahədə uğurlu əməkdaşlıq etdikləri bildirildi. Bu səfərin ölkələrimiz və xalqlarımız arasında humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi işinə xidmət etdiyi vurğulandı. Nikita Mixalkovun Azərbaycana növbəti səfərinin ölkələrimizin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verdiyi qeyd edildi.
Nikita Mixalkov səfərindən məmnun olduğunu, Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün onda xoş təəssürat yaratdığını vurğuladı.
Nikita Mixalkov 70 illiyi münasibətilə hazırlanan, müəllifi olduğu filmlərin kolleksiyasını və kitabı Prezident İlham Əliyevə təqdim etdi.