YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belqradda Azərbaycan və Almaniya xarici işlər nazirlərinin görüşü olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində dekabrın 3-də Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazirlər Almaniyanın ATƏT-ə sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verib. O, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini vurğulayıb və bu xüsusda Almaniyanın ATƏT-ə sədrliyi dövründə mühüm töhfə verə biləcəyinə ümidvarlığını ifadə edib.

Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.