YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan sülh və əməkdaşlıq məkanı kimi”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının Alıuşağı ərazi partiya təşkilatında “Azərbaycan sülh və əməkdaşlıq məkanı kimi” mövzusunda partiya üzvləri ilə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, müasir dövrdə Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət ölkəmizi regionda sülh, sabitlik və əməkdaşlıq məkanına çevirib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq enerji və iqtisadi layihələrdə mühüm tərəfdaş kimi tanınır.

Diqqətə çatdırılıb ki, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası çərçivəsində dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında və beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bir daha nümayiş etdirir.

Gündüz Bayramov vurğulayıb ki, Azərbaycan təkcə enerji resurslarının ixracatçısı deyil, eyni zamanda regionda dialoq və əməkdaşlığı təşviq edən etibarlı tərəfdaşdır. Bu baxımdan ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.

Daha sonra çıxış edən Alıuşağı ərazi partiya təşkilatının sədri Musa Əsədov və partiya fəalları Mürvət Bağırov, Şəlalə Verdiyeva, Xatirə Əliyeva Azərbaycanın həyata keçirdiyi enerji və iqtisadi layihələrin regionda sabitliyin möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.