Xəbərlər
Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə məşğələlərə start verilib
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində gənclər arasında Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə məşğələlərə start verilib.
YAP Quba rayon təşkilatının inzibati binasında keçirilən “Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin əsas mərhələləri” mövzusunda keçirilən məşğələdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov və digərləri Ulu Öndər Heydər Əliyev irsinin Azərbaycanın müasir inkişaf yolunun ideya təməlini təşkil etdiyini qeyd ediblər. Gənclərin Heydər Əliyevin zəngin siyasi və mənəvi irsdən bəhrələnməsinin onların vətənpərvər və məsuliyyətli vətəndaş kimi yetişməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Tədbir interaktiv formada davam etdirilib.
