Xəbərlər
Qusarda Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub
Qusar rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Anım tədbirində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qusar Dövlət Ləzgi Dram Teatrının təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub. Yüksək peşəkarlıqla hazırlanmış səhnə əsərində Xocalı faciəsi zamanı dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər, xalqımızın yaşadığı dərin mənəvi sarsıntılar təsirli səhnə dili ilə canlandırılıb.
