YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub

Ağdam rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu faciə nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxsin amansızlıqla qətlə yetirildiyi, 1275 nəfərin girov götürüldüyü vurğulanıb. 

Bildirilib ki, Vətən müharibəsində Azərbaycan Ordusu ermənilərin törətdikləri cinayətlərin qisasını döyüş meydanında aldı. Azərbaycan xalqının qanına susamış hərbi cinayətkarlar bu gün dövlətimiz tərəfindən ədalət məhkəməsi qarşısına çıxarılıb, qanun qarşısında cavab verirlər.