Xəbərlər
Azərbaycanın xarici işlər naziri Serbiyaya səfərə yola düşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-4-də Belqradda keçiriləcək ATƏT Nazirlər Şurasının 22-ci iclasında iştirak etmək məqsədilə Serbiyaya səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.