YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Ana Dili Günü qeyd olunub

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhəmməd Şahbazov, “Azərpoçt” MMC-nin Laçın Poçt filialının rəisi Tahir Bayramov və Laçın rayon Taxtakörpü qəsəbə tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili müəllimi Xanlar Əsgərov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində məqsədyönlü siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə dəyişiklik edilərək Azərbaycan dilinin dövlət dili statusu 1978-ci ildə Konstitusiya səviyyəsində təsbit olunub. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı rəsmi olaraq bərpa edilib və ana dilinin qorunması istiqamətində mühüm sənədlər qəbul olunub.

Ulu Öndərin həyata keçirdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.