YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Masallı rayon təşkilatının təsis olunmasının 33 illiyi qeyd olunub

Masallı Regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi və Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra YAP Masallı rayon təşkilatının 33 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, şəhər 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, şəhid anası Mehriban Sultanova, Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Mahmudavar ərazi partiya təşkilatının sədri Xanım Əliyeva, Xırmandalı ərazi partiya təşkilatının sədri Məhəmməd Yusifov və digərləri çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının siyasi xətti və uğurlu fəaliyyəti ilə ümumxalq partiyasına çevrildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rola malikdir. Bu gün Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya regionun aparıcı siyasi qüvvəsinə çevrilib.

Həmçinin o da vurğulanıb ki, YAP Masallı rayon təşkilatı partiyanın ideya və məqsədlərinə sadiq qalaraq, dövlətçilik ənənələrinin qorunması və milli maraqların müdafiəsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

Sonra partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.