Xəbərlər
YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “F.X.Xoyski küçəsi” ünvanı üzrə ərazi partiya təşkilatında ƏPT sədri Rafael Novruzovun 65 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.
Yubilyar Rafael Novruzov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının onun üçün böyük qürur olduğunu söyləyib.
Sonda yubilyara rayon təşkilatının ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə fəxri fərman təqdim olunub.
