Xəbərlər
Yeni reallıqlar yaradan dövlət
Əmir Babayev
YAP Şərur rayon təşkilatının sədri
Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, xüsusilə son illərdə sülh gündəliyinin təşəbbüskarı və aparıcısı kimi çıxış etməsi ilə daha da möhkəmlənib. Onun liderliyi ilə respublikamız münaqişədən çıxmağı bacaran, regionda yeni reallıqlar yaradan dövlətə çevrilib. Prezident İlham Əliyevin münaqişədən dialoqa, qarşıdurmadan əməkdaşlığa keçid prosesində göstərdiyi siyasi iradənin beynəlxalq səviyyədə tanınmasına görə fevralın 4 də “Zayed İnsan Qardaşlığı Mükafatı” verilmişdir. Mükafat, sülhün yalnız hərbi və siyasi vasitələrlə deyil, qarşılıqlı anlayış və humanist dəyərlər üzərində qurulmasının mümkünlüyünü nümayiş etdirən ölkə liderlərinə verilir.
Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuz qazanmasının əsas səbəblərindən biri də Azərbaycanın bir çox fərqli mədəniyyətlərin bir arada yaşadığı və onların insan azadlıqları və hüqüqlarının yüksək səviyyədə qorunması həmçinin hərkəsin sülh şəraitində yaşadığı Azərbaycan bu sahədə real təcrübəyə malik ölkə kimi tanınır. Cənab İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi, Azərbaycanın beynəlxalq sistemdə artan rolunun göstəricisidir. Bu mükafat göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həmdə görülən işlərin gündəliyinə töhfə verən, söz sahibi olan dövlət kimi qəbul olunur. Prezident İlham Əliyevin şəxsində bu mövqeyin beynəlxalq səviyyədə tanınması, ölkənin gələcək diplomatik imkanlarını daha da genişləndirir.
“Zayed İnsan Qardaşlığı Mükafatı” həm də Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətlərinə verilən dəyərin ifadəsidir.Yüksək qərarlılıq,milli maraqlara sadiqlik və eyni zamanda beynəlxalq hüquqa hörmət onun siyasi xəttinin əsas xüsusiyyətlərindən biridir. Bu keyfiyyətlər Prezident İlham Əliyevi beynəlxalq platformalarda etibarlı tərəfdaş, sözü ilə əməli üst-üstə düşən lider kimi tanıdır. Mükafat, məhz belə liderlərin müasir dünyada daha çox ehtiyac duyulan siyasi simalar olduğunu nümayiş etdirir. Əbu-Dabidə keçirilən mərasim təkcə nüfuzlu beynəlxalq tədbir deyil, eyni zamanda müasir dünya üçün mühüm siyasi, mənəvi və humanist mesajların səsləndirildiyi bir platforma oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mərasimdəki çıxışı xüsusilə sülh, dinlərarası dialoq və regional sabitlik mövzularında verdiyi aydın və qəti mövqeyi ilə diqqət çəkdi. Burada təkcə mükafat sözləri deyil, həm də beynəlxalq dialoq və sülhün təşviqi istiqamətində real addımların yüksək səviyyədə tanınması kimi yüksək qiymət verilməlidir.
