YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bütün gəncləri 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. O bildirib ki, bu gün Azərbaycan gəncliyi dövlət və cəmiyyət həyatının bütün sahələrində fəal iştirak edir və ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayır.

Rayon təşkilatının sədri qeyd edib ki, gənclər cəmiyyətin ən dinamik və yaradıcı təbəqəsi olmaqla yanaşı, dövlətimizin gələcəyinin etibarlı təminatıdır. Azərbaycan gəncliyi elm, təhsil, idman, mədəniyyət və ictimai-siyasi fəaliyyət sahələrində qazandığı nailiyyətlərlə ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir.

Gündüz Bayramov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsi gənclərin ölkə həyatındakı rolunun dövlət səviyyəsində təsdiqidir. O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclərə göstərilən dövlət dəstəyinin gücləndirilməsi, onların hərtərəfli inkişafı üçün geniş imkanların yaradılmasıdır.

Daha sonra dəyirmi masada Samux Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Tural Qurbanov, eləcə də gənc partiya üzvləri Səmra Məsimzadə və Günel Eminalıyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı və yaradıcı gənclərə göstərilən dövlət qayğısıdır. Bu siyasət gənclərin potensialının üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkilini nəzərdə tutur.

Natiqlər Prezident İlham Əliyevin gənclərin potensialının reallaşdırılmasına, onların vətənpərvər, bilikli və peşəkar kadrlar kimi yetişdirilməsinə, həmçinin gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş tədbirlərini dövlətin uzaqgörən siyasətinin bariz nümunəsi kimi qiymətləndiriblər.

Tədbir zamanı Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq xüsusi vurğulanıb. Bildirilib ki, gənclərimizin həm döyüş meydanında, həm də arxa cəbhədə nümayiş etdirdiyi birlik, iradə və vətənpərvərlik xalqımızın tarixində silinməz iz qoyub və dövlət-cəmiyyət birliyinin ən parlaq nümunələrindən biridir.

Qeyd edək, Azərbaycan Gəncləri Günü münasibətilə Samux rayon Heydər Əliyev Mərkəzində YAP Samux rayon təşkilatının, Samux Rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Samux gənclərinin forumu da keçirilib.

Forumda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs ediblər.

Sonda rayonun ictimai-siyasi fəaliyyətində fəal iştirak edən gənclər fəxri fərman və təşəkkürnamə ilə təltif olunub.