YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərimiz vətənimizin daha böyük nailiyyətlər qazanmasına öz layiqli töhfələrini verir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Artıq 29 il ildir ki, ölkəmizdə 2 fevral xüsusi bir gün – Gənclər Günü kimi qeyd olunur. 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz Heydər Əliyevin ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. İlk addım olaraq 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik.” Müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan gənclərinə inanırdı və O, 1998-ci il ölkə gəncləri ilə görüşündə bunu dilə gətirərək deyirdi: “Əziz övladlar! Sizin kimi gəncləri olan, gələcəyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsiniz, əziz övladlar!”.

Azərbaycanın yüksəlişinin, qüdrətli dövlətə çevrilməsinin fonunda gənclər siyasətinin uğurları aydın görünməkdədir. Bu siyasətin nəticəsidir ki, gənclik bütün milli proseslərin, dövlətə və xalqa xidmət amallarının önündə gedir, vətənimizin daha böyük nailiyyətlər qazanmasına öz layiqli töhfələrini verir. Bütün bunlar Ulu Öndərimiz Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasətinin möhkəm və sağlam, ən əsası milli və dövlətçilik dəyərlərinə bağlı təməllər üzərində  bərqərar olmasından xəbər verir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən elan olunan 2 Fevral  - Azərbaycan Gəncləri Günü yalnız gənclər tərəfindən deyil, cəmiyyətimizin bütün təbəqələri tərəfindən böyük sevgi və coşqu ilə qarşılanır.

Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı  qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.

Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində 30 illik işğala son qoyub. 2023-cü ilin sentyabrında isə ölkəmiz özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu böyük zəfərlərin qazanılmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynayıb. Rəşadətli Ordumuzun sıralarında mətanətlə döyüşən qəhrəman gənclərimizin fədakarlığı sayəsində tarixi Qələbə qazanılıb. Heç bir şübhə yoxdur ki, Azərbaycan gəncliyi bundan sonra da ölkəmizdə gedən dinamik inkişafın əsas aparıcı qüvvəsi kimi çıxış edəcək. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadaır. Çünki Ordumuzda da gənc əsgər və hərbçilər az deyil.