YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və Azərbaycan gəncliyi: I Gənclər Forumundan ötən 30 ilin inkişaf modeli”

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı, təşkilatın Gənclər və idman sektoru və Gənclər Evi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi: I Gənclər Forumundan ötən 30 ilin inkişaf modeli” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Zərdab şəhərində yerləşən Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti və bu istiqamətdə icra olunan dövlət proqramları gənclərin hərtərəfli inkişafını təmin edib, onların dövlət və cəmiyyət həyatında fəal iştirakına geniş imkanlar yaradıb. Bildirilib ki, bu uğurlu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl və yüksələn xətlə davam etdirilir. Gənclərin təhsil imkanlarının genişləndirilməsi, beynəlxalq layihələrdə iştirakı, məşğulluğunun təmin olunması, savadlı və peşəkar gənc kadrların irəli çəkilməsi onların potensialının reallaşmasına xidmət edir.

Həmçinin vurğulanıb ki, Yeni Azərbaycan Partiyası tərəfindən gənclərin ictimai-siyasi həyatda fəallığının artırılması məqsədilə həyata keçirilən layihələr onların dövlətçilik ideyalarına sadiq, milli-mənəvi dəyərlərə bağlı, müasir düşüncəli və fəal vətəndaş kimi formalaşmasına, idarəetmə proseslərində iştirakına və liderlik bacarıqlarının inkişafına mühüm töhfə verir.

Zərdab rayonu üzrə Gənclər və idman sektorunun müdiri Əvəz Soltanov bildirib ki, bu gün Azərbaycan gəncliyi müasir düşüncəsi, yüksək intellekti, milli-mənəvi dəyərlərə bağlılığı və vətənpərvərliyi ilə seçilir. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü gənclər siyasəti nəticəsində gənclərin təhsil, məşğulluq, innovasiya, ictimai-siyasi fəallıq və beynəlxalq əməkdaşlıq imkanları ildən-ilə genişlənir.

Zərdab Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru İlqar İsayev qeyd edib ki, həyata keçirilən tədbirlər gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin edir, onların şəxsi və intellektual inkişafına dəstək göstərir, asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradır.

Daha sonra “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin sədri Kamal Xəlilov, gənc müəllim Selcan Məmmədli və Vətən müharibəsi iştirakçısı Rahil Həsənov çıxış edərək Azərbaycanda gənclər üçün yaradılan imkanlardan və əldə olunan uğurlardan danışıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, bir qrup gəncə isə təşəkkürnamələr təqdim edilib.