Xəbərlər
Qobustanda partiya veteranı ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatında partiya veteranı Xanmusa Atakişiyevin 70 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov partiya veteranını yubileyi münasibətilə təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.
Yubilyar uzun illər Yeni Azərbaycan Partiyasının sıralarında fəaliyyət göstərməkdən qürur duyduğunu deyib, Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiq olduğunu vurğulayıb.
Görüşün sonunda Xanmusa Atakişiyevə partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərman verilib.
