YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Bədəlbəyli: Məşğulluq orqanları tərəfindən münasib işlə təmin olunanların 41 faizini gənclər təşkil edir

«Cari ilin 9 ayında məşğulluq orqanları tərəfindən münasib işlə təmin olunanların 41 faizini, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 75,4 faizini, əmək birjaları vasitəsilə müvəqqəti işlərə göndərilənlərin 45 faizini gənclər təşkil edib». Bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli bildirib.

A.Bədəlbəyli deyib ki,  ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrdən biri də gənclərin məşğulluğunun artırılmasıdır.

Onun dediyinə görqeyd edib ki, ötən dövrdə eyni zamanda, 72 min 857 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik üçün peşəyönümü məsləhətlər verilib.