YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət proqramlarının uğurlu icrası nəticəsində mühüm nailiyyətlər qazanılıb

“Biz əminliklə deyə bilərik ki, hər beş ili əhatə edən dövlət proqramları nəticəsində böyük uğurlara imza atılıb. Bunun nəticəsidir ki, əsas infrastruktur məsələləri artıq həll olunub. İstər enerji infrastrukturu, istər yol nəqliyyat, istərsə də kommunal xidmətlər sahəsində ölkəmizdə çox böyük işlər görülüb. Bütün bunlar isə dövlət proqramlarının yüksək səviyyədə başa çatmasının nəticəsidir”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

“Ölkəmizdə təkcə qazlaşmaya nəzər salmaqla biz deyə bilərik ki, necə biz irəliləyiş əldə etmişik. Artıq əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Vaxtilə qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir”.

Deputat, həmçinin qeyd edib ki, dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı ciddi narahatlıqlar var: “Ancaq Azərbaycan bu sahədə də vaxtında addım atmaqla su təhlükəsizliyi ilə bağlı mühüm nəticələr əldə edib. Əvvəla bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşırdı. Ancaq bizim qələbəmizdən və torpaqlarımızın işğaldan azad edildikdən sonra Ermənistan tərəfindən törədilən su terrorunun qarşısı alınmış və su mənbələrimizə nəzarət yenidən öz ixtiyarımıza keçmişdir. Əlbəttə bu gün əsas məqsəd əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq, su anbarlarının potensialını artırmaqdır. Plana əsasən, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq. Dənizə buraxılan suların 100 faiz təmizlənməsi istiqamətində əlavə tədbirlər hazırlanır. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir”.

DİGƏR Xəbərlər Arxiv