YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə, Cahangir Novruzov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, Məsud Aşina “Şöhrət” ordeni ilə, Ziya Zakir Acar “Dostluq” ordeni ilə, Akif Alaferdov, Xəlil Kələntər, Sevinc Kərimova, Fəridə Pənahova, Bəxtiyar Siracov, Xədicə Zeynalova isə “Tərəqqi” medalı ilə təltif olunublar.