YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatında görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Rövşən Muradov, rayon ziyalısı Sabir Mirzəyev və başqaları çıxış ediblər.

Çıxış edənlər vurğulayıblar ki, Prezident İlham Əliyevin tərəqqiyə və Zəfərə hədəflənmiş məqsədyönlü siyasəti sayəsində iqtisadi gücü artan, müasir ordu quruculuğuna nail olan, regionda lider dövlətə çevrilən və qlobal təsir imkanları genişlənən Azərbaycan bütün cəbhələrdə - hərb meydanında, beynəlxalq informasiya platformalarında və diplomatiya müstəvisində möhtəşəm qələbə qazandı. Tarixi ədalətin - ərazi bütövlüyünün və mütləq suverenliyin bərpasına nail oldu. Bu, xalqımızın şərəfli dövlətçilik tarixinin ən parlaq səhifələrindən biridir.

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın və xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində ölkənin müstəqil siyasətini daha cəsarətlə və prinsipiallıqla davam etdirir. Azərbaycan Konstitusiyanın tələblərinə və suveren hüquqlara əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Tədbirin sonunda bir qrup partiya fəalı və veteranları fəxri fərman ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv