YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Samux rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi və Samux Şəhidlər kompleksi ziyarət olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 33 il ərzində Yeni Azərbaycan Partiyasının milli maraqların qorunması, demokratik ənənələrin möhkəmləndirilməsi və dövlətçiliyin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərdiyini deyib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rola malik olub. Bu gün isə Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə yalnız ölkəmizin deyil, həm də regionun aparıcı siyasi qüvvəsinə çevrilib.

Sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, partiyaya yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv