Xəbərlər
“Sözü imzası qədər dəyərli Lider”
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sözü imzası qədər dəyərli Lider” mövzusunda tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev və digərləri qeyd ediblər ki, bu gün Azərbaycan dünyada inkişaf diyarı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır.
Vurğulanıb ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Bu gün Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi bərpa olunub. “Böyük Qayıdış” proqramı uğurla davam etdirilir. 2024-cü ilin fevralında bütöv Azərbaycan ərazisində keçirilən prezident seçkilərində cənab İlham Əliyevin yüksək səs faizi ilə növbəti dəfə qalib gəlməsi məhz Lider və xalq birliyinin təzahürü idi. Qürurla qeyd edə bilərik ki, bu gün Azərbaycan cənab İlham Əliyevin ali rəhbərliyi altında firavan gələcəyə doğru uğurla addımlayır.
Tədbir bədii hissə ilə davam etdirilib.
