YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir!”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak ediblər.

Əvvəlcə Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının müəllifidir!” mövzusunda videoçarx nümayiş etdirilib.

Sonra Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin mühüm mərhələlərini yenidən dəyərləndirməyə, əldə edilən nailiyyətlərə hüquqi və siyasi prizmadan baxmağa geniş imkan yaradır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq səsverməsi ilə 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi, siyasi və ideoloji əsaslarını formalaşdıraraq ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Məhz bu ali hüquqi sənəd Azərbaycan xalqının suveren iradəsini ifadə edən, demokratik dövlət quruculuğunun təməlini qoyan tarixi akt kimi çıxış etdi. Konstitusiya xalq hakimiyyəti prinsipini təsbit etməklə yanaşı, insan hüquq və azadlıqlarının qorunmasını dövlətin ali məqsədi kimi müəyyən etdi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün möhkəm zəmin yaratdı.

Bildirilib ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz suverenliyini tam şəkildə bərpa etmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə, 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Qarabağda dövlət suverenliyimizin tam bərpası tarixi hadisədir. Bu gün Azərbaycan dövləti möhkəm hüquqi əsaslar üzərində durur, qanunun aliliyinə, insan hüquqlarına və sosial ədalətə əsaslanan siyasət həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan islahatlar həm dövlət idarəçiliyində, həm də sosial-iqtisadi sahələrdə Konstitusiyanın prinsiplərinin praktiki tətbiqidir.

Çıxışlardan sonra partiya fəallarına fəxri fərman və hədiyyələr təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv