YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: İqtisadi inkişaf sosial məqsədlərə çatmağın əsas yoludur

«İqtisadi inkişaf sosial məqsədlərə çatmağın əsas yoludur. Sosial siyasətin qarşısına qoyulmuş məqsədlərə nail olmaq üçün onun həyata keçirilməsi mexanizminin böyük əhəmiyyəti var. Bu mexanizmin əsas elementi iqtisadiyyatı inkişaf etdirməkdir. Çünki iqtisadiyyatda uğur qazanmadan, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, yeni iqtisadi sistemə keçid zamanı Ulu öndər Heydər Əliyev bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirdi. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial siyasətin iki xarakterik cəhətini xüsusilə qeyd etmək yerinə düşər. Bunlardan biri sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ-hüquqi bazaya söykənməsidir. Bu baxımdan biz Heydər Əliyevin müəllifi olduğu sosial siyasətin inkişaf tarixinə nəzər yetirsək, görərik ki, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra sosial siyasət sahəsində əhəmiyyətli addımlar atıldı, uğurlu islahatlar həyata keçirildi.

«Ötən 12 ildə ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət kütləvi şüurun və cəmiyyətin sosiomədəni bazisinin mərhələlərlə postindustrial dəyərlər və ənənələr məcrasına transformasiyasına imkan yaradıb, milli tərəqqinin sabitliyini və davamlılığını təmin edib, ölkəni beynəlxalq münasibətlərin obyektinə yox, aparıcı subyektinə çevirdi. Azərbaycanın dövlət başçısının iqtisadi sferada həyata keçirdiyi siyasətin indi də özünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri hər zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsidir»- deyə, komitə sədri vurğulayıb.