Xəbərlər
Bərdədə şahmat üzrə rayon birinciliyi keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı "Konstitusiya və Suverenlik İli" çərçivəsində şahmat üzrə rayon birinciliyi keçirib.
Yarışda müxtəlif yaş kateqoriyasından olan YAP üzvləri təmsil olunub.
Əvvəlcə yarışda Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vemiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimində çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin idmana marağının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, idmançılarımızın dünya arenasında qazandığı uğurların qürurverici xarakter daşıdığını diqqətə çatdırıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası hər zaman gənclərin sağlam ruhlu, intellektual inkişafına, milli-mənəvi dəyərlərə malik məsuliyyətli vətənpərvər övlad olaraq yetişməsinə böyük önəm verir.
Yarışda şahmatçılar püskatma yolu secilərək oyuna başlayıblar.
Yekunda şəhər 7 saylı tam orta məktəbin müəllimi Fəxri Əliyev rayon birincisi olub. Alpout kənd tam orta məktəbin müəllimi Elvin Hüseynov ikinci, Bərdə Uşaq Şahmat Məktəbinin müəllimi İnarə Həsənli üçüncü yeri tutublar.
YAP Bərdə rayon təşkilatın sədri Faqət Şadlinskaya yarışın qaliblərini təşkilatın diplom və hədiyyələri ilə mukafatlandırıb.
Sonda xatirə şəkli çəkdirilib.
