YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şəki Kuboku - 2025” turniri başa çatıb

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku - 2025” turniri başa çatıb.

Turnirin bağlanış mərasimində YAP Şəki rayon təşkilatının, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, idman həvəskarları iştirak ediblər.

Çıxış edənlər Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider Heydər Əliyevin idmanın inkişafına daim böyük qayğı göstərdiyini, futbolun inkişafının Prezident İlham Əliyevin da daim diqqət mərkəzində olduğunu deyiblər.

Qeyd edək ki, turnirdə Şəki rayonu ərazisində fəaliyyət göstərən təşkilatları təmsil edən 20 komanda iştirak edib. Yarışın nəticələrinə əsasən, AzTrade” MMC-nin komandası birinci, “Ədliyyə” komandası ikinci, “Səhiyyə” komandası üçüncü, Marxal” komandası isə dördüncü yerə layiq görülüb.

Qaliblərə kubok, medal və diplomlar verilib.