YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə partiya veteranı ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında partiya veteranı Tofiq Yaqub oğlu Mustafayevin 75 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov Tofiq Mustafayevi yubileyi münasibətilə təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.

Yubilyar uzun illər Yeni Azərbaycan Partiyasının sıralarında fəaliyyət göstərməkdən qürur duyduğunu deyib, Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiq olduğunu vurğulayıb.

Görüşün sonunda Tofiq Mustafayevə partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərman verilib.