YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının inzibati binasında partiya veteranlarının iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ölkənin inkişafı naminə gördüyü işlərdən danışıb. O, Ulu Öndərin Azərbaycan xalqının müasir tarixində oynadığı müstəsna rolu vurğulayıb. Bildirib ki, Heydər Əliyevin zəngin irsi və mənalı həyat yolu xalqımız üçün əsl ibrət məktəbidir.

Sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən,  yubiley yaşlarında olan bir qrup partiya veteranına fəxri fərman verilib.

Qeyd edək ki, Ağgöl və Tatlı kəndlərində də partiya veteraları Kamaləddin Mansırov və Məmməd Məmmədovun yubileyləri münasibətilə görüş keçirilib.