Xəbərlər
YAP Xəzər rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Türkan qəsəbəsi, Xanlar küçəsi 1A (17 saylı şәhәr poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatında görüş keçirilib.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov və 17 saylı şәhәr poliklinikasının şöbə müdiri Pərvanə Kazımova çıxış edərək müstəqil Azərbaycanın inkişafında Yeni Azərbaycan Partiyasının rolundan danışıblar. Bildirilib ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə məhz müstəqil Azərbaycanı zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiya olduğunu sübuta yetirib.
Sonra təşkilati məsələlərə baxılıb. Təbriz Bayramov ərazi partiya təşkilatının sədri, Ramin Rəhmanov isə sədr müavini seçilib.
