Xəbərlər
Şəkidə şahmat turniri keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının və Şəki Uşaq Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə Şəki şəhər Uşaq Gənclər İdman Şahmat məktəbində partiya üzvləri arasında şahmat turniri keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.
Qeyd olunub ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb. Bu proses indi də davam edir və şahmatın inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Sonra turnirin baş hakimi Sadiq Mehtiyev turnirin qaydaları barədə məlumat verib.
Tədbirin sonunda turnirin qaliblərinə diplom və hədiyyələr təqdim edilib.
