YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“33 ilin zirvəsi: Sabitlikdən Zəfərə”

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə “33 ilin zirvəsi: Sabitlikdən Zəfərə” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib.

Yeni Azərbaycan Partyiyasının 33 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, partiyanın veteran üzvü Oktay Kərimov, Cəngən kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Şəhrəbanu Əhmədova, şəhid Xalid Orucovun bacısı, partiya üzvü Sevinc Orucova, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının milli ideologiyanın formalaşmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə mühüm töhfələr verdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, YAP-ın sıralarının gündən-günə genişlənməsi, sosial bazasının daha da möhkəmlənməsi Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsidir.

Qeyd olunub ki, 33 illik fəaliyyət dövrü ərzində YAP təkcə siyasi təşkilat olaraq deyil, həm də dövlətçiliyimizin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi, bölgələrdə infrastrukturların yenilənməsi və cəmiyyətin bütün sahələrində sistemli islahatların həyata keçirilməsi istiqamətində böyük nailiyyətlərə imza atıb. Partiyanın ideoloji xəttinin mərkəzində dövlətə sədaqət, vətəndaşa xidmət və milli maraqların qorunması dayanır və məhz bu prinsiplərə sadiqlik nəticəsində YAP bu gün həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə etibarlı, güclü və yenilikçi siyasi qüvvə kimi tanınır.  

Sonra bir qrup partiya üzvünə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri verilib.

Tədbirin rəmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Tədbir bədii hissə ilə davam edib.