Xəbərlər
YAP Kəlbəcər rayon təşkilatı partiyanın təsis edilməsinini 33 illiyi ilə bağlı tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən partiyanın təsis edilməsinini 33 illiyi ilə bağlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
YAP Kəlbəcər rayon təşkilatında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və digərləri çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən milli maraqları müdafiə edən intellektual siyasi güc olaraq formalaşıb. “Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanıb. Bu gün cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da genişlənməkdədir. Bu da xalqımızın Liderinə və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir”.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qoşulanalra üzvlük vəsiqələri verilib.
