YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”

Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33 illiyinə həsr edilmiş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə müasir müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin, Azərrbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, YAP Veteranlar Şurasının üzvü Vahid Novruzov, YAP İdarə Heyətinin üzvü, Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, professor Əfsun Sucayev, Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov çıxış ediblər. Natiqlər Yeni Azərbaycan Partiyasının yaranmasından bu günə qədər keçdiyi şərəfli inkişaf yolundan danışıblar.

Ümummilli Lider Heydər Əliyevin siyasi strategiyası və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi çoxsaylı uğurlarda Yeni Azərbaycan Partiyasının əvəzsiz rolu olduğu vurğulanıb.

YAP-ın Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olduğu, cəmiyyətin bütün sosial-ictimai maraqlarını ifadə etdiyi diqqətə çatdırılıb.

Sonra YAP üzvü olan bir qrup partiya fəalı yubileyləri münasibətilə təltif olunub, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri verilib.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Tədbir bədii hissə ilə davam edib.