Xəbərlər
Rövnəq Abdullayev: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “TANAP”dakı payını satmaq niyyətində deyil
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) hər hansı bir gəlir məqsədilə Trans-Anadolu qaz boru kəmərindəki (TANAP) payını satmaq niyyətində deyil.
Bu fikri ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində demişdir.
Diqqətə çatdırılmışdır ki, ARDNŞ-nin TANAP-dakı payı 58 faizdir. Amma gələcəkdə bu payın 51 faizə endirilməsi mümkündür.
R. Abdullayev vurğulamışdır ki, ARDNŞ-nin TANAP-dakı payı yalnız bu layihəyə səmərə verəcək şirkətlərə satıla bilər. TANAP-da iştirak payı əldə etmək istəyənlər çoxdur. Amma bununla belə, hazırda TANAP-ın paylarının satılması ilə bağlı hər hansı bir danışıqlar aparılmır.