Xəbərlər
Kürdəmirdə Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin dövlət quruculuğunun, demokratiyanın, insan hüquq və azadlıqlarının qorunmasının əsas təminatçısıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiya Azərbaycanın müstəqillik yolu ilə inamlı addımlarla irəliləməsində mühüm mərhələ olub.
