Xəbərlər
Yeni prioritetlər, innovativ yanaşmalar
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
Prezident İlham Əliyevin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında ciddi mesajlar vardı. Cənab Prezidentin təyin etdiyi kadrları şəxsən özünün qəbul etməsi, onlara ciddi tapşırıqlar verməsi, qarşılarına tələblər qoyulması onu göstərir ki, dövlət başçısı bütün təyinatlarda şəffaflığın günü-gündən genişlənməsinə çalışır. Yeni təyin olunan icra başçıları ilə söhbətində də Azərbaycan Prezidenti xalqa xidmət etməyin hər bir dövlət məmurunun borcu olduğunu onlara xatırlatdı, Prezident kimi öz vəzifəsini xalqa xidmət etməkdə gördüyünü vurğuladı. Dövlət başçısının bu məmurlar qarşısında qoyduğu öhdəlikləri, verdiyi tapşırıqları bütün əhali eşidir. Yeni islahatlar prosesində təyin olunan kadrlar artıq özlərini xalq qarşısında daha məsuliyyətli hiss edəcək. Çünki əhali ilə məmur arasında körpü, hər hansı bir əngəl olmayacaq, hər kəs haqqını tələb edə biləcək
Dövlət başçımızın icra başçıları qarşısında qoyduğu əsas vəzifələrdən biri də bölgələrin inkişafının diqqət mərkəzində saxlanması ilə bağlı oldu. Dövlət başçısı bildirib:Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır.
Yeni təyin olunan icra başçıları ilə görüşündə Prezident İlham Əliyev bir daha vurğuladı ki, əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır.
Prezidentin dəfələrlə vurğuladığı kimi, dövlətin siyasəti şəffaf idarəçiliyin təmininə, vətəndaşlara xidmət prinsipinin möhkəmləndirilməsinə yönəlib. Yeni təyin olunan icra başçılarından ən böyük gözlənti etimadı doğrultmaları, vətəndaşların rəğbətini qazanmaq, ölkədə gedən islahatları dərinləşdirmək üçün səylər göstərmələridir. Həm də rayonların inkişafı ilə bağlı təşəbbüslərə də ehtiyac var. Hər yeni təyin olunan icra başçısı öz təklif və ideyalarını verərək, inkişafa töhfə vermiş olar. Məqsəd paytaxtla paralel bölgələrdə də canlanma və davamlı inkişafı təmin etməkdir. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi həllini tapıb. Bununla belə, yeni icra başçıları yerlərdə həllini gözləyən problemlərin vaxtında çözülməsinə çalışmalı və bu istiqamətdə praktik addımlar atmalıdır.
