Xəbərlər
Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ağdam Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digərləri qeyd ediblər ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunub.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
O da bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiya ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının əsasını qoymuş, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və uğurlar həmin möhkəm təməllər üzərində formalaşmışdır.
